ENES QSC - Kağız kisə zavodu

Şirkət 100% yerli sərmaye əsasında kağız kisə istehsalına başlamışdır. Şirkətin əsas məqsədi qida, kənd təsərrüfatı və inşaat sektorunu keyfiyyətli və ekoloji təmiz kisələrlə təmin etməkdir. İstehsalatımız Avropanın aparıcı şirkətlərinin yüksək məhsuldarlıqlı, tam avtomatik istehsal xətləri ilə qurulmuşdur. İstifadə olunan kraft kağızlar 100 % sellüloz tərkibli olub, qida məhsulları üçün tam yararlıdır. Super elastik kağızların yüksək hava buraxma özəlliyi sayəsində çox yüksək sürətli dolum əldə etmək mümkündür. Ən müasir kağız növlərindən istifadə etməklə minimum qat sayı ilə maksimum möhkəmlik əldə olunur. Bu sayədə də maliyyət avantajı əldə olunur.